EN

Azərbaycanda sabiq deputat vəfat etdi

"Ərgünəs" nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib.

O, 78 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə "Sosialist Sumqayıtı" şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyevüç il sonra "Araz" qəzetində işə başlayıb və qısa müddət sonra redaktorun müavini olub.

1985-ci ildən Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararası birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışıb, 1997-ci ildə isə yeni nəşrə başlayan "Qayıdış" qəzetinin redaktoru, "Nigar-Ə", "Vüqar-Ə" nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub.

Oqtay Əliyev Füzuli Şəhər Sovetinin və Füzuli Rayon Sovetinin deputatı, Füzuli Rayon Partiya Komitəsinin üzvü seçilib.

O.Əliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.//Oxu.Az

Chosen
106
39
musavat.com

10Sources