EN

“Norm” ASC-nin 2023-cü il üzrə maliyyə göstəriciləri yüksəlib

Bakı. Trend:

“Norm” ASC 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dairhesabatı bölüşüb. Nəticələr göstərir ki, şirkətin ötən ilki maliyyəgöstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki,“Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon AZN təşkil edib,ümumi gəlir isə 21,1% artaraq 109 milyon AZN-yə çatıb. Əməliyyatmənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata,vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manataçatıb.

“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki,şirkət 2023-cü ildə fəaliyyətini uğurla davam etdirib və həmgəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O,həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə - 14 milyonAZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyənmüəssələrindən biri olub.

Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-ninsement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunuvurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentindəgenişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bulayihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin,şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasınınüzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub.Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA)ilə birlikdə Azərbaycanın sement və beton sənayesində karbonemissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsininhazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz YolXəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdimetməkdir”.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
11
az.trend.az

10Sources