EN

"Santa Barbara"nın aktyoru vəfat etdi

"Santa Barbara" serialının ulduzu Çarlz Sayfers 85 yaşında vəfat edib.

Olaylar.az baku.ws-ə istinadən bildirir ki, bu barədə aktyorun meneceri Kris Rouya məlumat yayıb. Rou bildirib ki, Sayfers 2024-cü il avqustun 4-də Arizona ştatında qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib.

"Çarlz mehriban və həssas insan idi. Onun hər zaman maraqlı hekayələri olurdu. Uzun illər yaxın dost idik. Çox darıxacağıq", - deyə Rou qeyd edib.

Xatırladaq ki, aktyor 1939-cu il iyulun 28-də Nyu-York ştatında anadan olub. Təhsilini Amerika Dram Sənəti Akademiyasında və Los-Ancelesdəki Kaliforniya Dövlət Universitetində teatr sənəti üzrə bakalavr dərəcəsi ilə başa vurub.

Tamaşaçılar onu "Santa Barbara", "Təcili Yardım", "Möcüzə Qadın" və digər seriallardan tanıyır. Sayfers ilk dəfə 1978-ci ildə Con Karpenterin "Halloween" qorxu filmində şerif Braketti canlandırıb. O, 1981-ci ildə "Halloween II" və 2021-ci ildə "Halloween Kills" filmlərində bu rolunu təkrarlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
167
50
olaylar.az

10Sources