EN

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb

Təhsildə

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 1636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14 faiz) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1544-ü isə təhsilverənlərin fərdi layihələridir.

Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə müəllimlərin fərdi layihələridir.

Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

Chosen
30
13
azertag.az

10Sources