EN

Neftçalada 52 yaşlı iş adamı intihar etdi - FOTOLAR

Noyabrın 10-da Neftçala rayon Polis Şöbəsində intihar hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib.

Uzun illər Rusiyada yaşamış A.Hüsüynov rayonda imkanlı şəxs kimi tanınıb. Onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində moykası olub.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığ məlumata görə, o, 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinirmiş. “1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib.
Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma aparılır”.

özünə qəs edən şəxs ailəli olub, iki evladı var.

İntihar etmiş şəxsin fotolarını təqdim edirik
Chosen
470
42
bakupost.az

10Sources