EN

İranın İsrailə hücimu ilə bağlı yeni tarıx verildi - Açıqlama

İsrail kəşfiyyatı İranın birbaşa bu ölkəyə hücum etməyə qərar verdiyini bildirib. Hücum avqustun 15-də girovlarla bağlı aparılacaq danışıqlardan bir neçə gün əvvəl baş verə bilər.    Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov İranın İsrailə hücumunun danışılmış bir oyun olduğunu bildirib.  Onun sözlərinə görə, hansısa dövlət digər dövlətə hücuma keçəcəyini gizli şəkildə etməlidir:  “İranın İsrailə avqustun 15-dək hücum edəcəyi və İsrail kəşfiyyatının bunu yayması o deməkdir ki, bu, artıq danışlmış bir döyüşdür. Hətta əgər xatirinizdədirsə, ötən dəfə İranın atdığı raketləri İsrail havada sıradan çıxardı. Onda İranın hücumu çox ciddi bir narahatlıq yaratmamışdı. Belə olan halda sual yaranır ki, İranın hücum etmək planı varsa, niyə bu məlumatı yayır? Bu tərəflər arasında danışlımış hücum planı ola bilər. Çünki HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İranın bir açıqlama verməsi lazımdır. Bu baxımdan bu hücumu ciddi dəyərləndirə bilmirəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
50
turanpress.com

10Sources