EN

Əmək müqavilələrinin sayı 1 milyon 841 mini keçib

5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə  439 min 564 vahid artıb və 2024-cü ilin avqust ayının 1-nə 1 milyon 841 min 479 olub.

Marja xəbər verir ki, bu, Xidmətin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 428 min 791 vahid artaraq 968 min 713 təşkil edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
247
18
marja.az

10Sources