EN

Azərbaycanda internetin qiyməti artdı

Bakı. Trend:

Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrəsürət və ödəniş məbləğinə dəyişiklik edilib.

Trend xəbər verir ki, GPON (Gigabit Passive Optical Network –Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunansürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən0.25 AZN-ə endirilib.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/sinternet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklifedilir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətXidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarındaRəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrəaraşdırmalara başlanılıb.

Son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internetprovayderlərinin rəsmi internet səhifələrində, habelə sosialşəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyətgöstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlərtərəfindən internet xidmətlərinin minimum tariflərininyüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədarİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxilolur.

Belə ki, internet provayderləri tərəfindən nəzərdə tutulandəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tarifləəvəzlənəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədənistehlakçı) üçün formalaşan minimum fiber optik internet xidmətitarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağıinternet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərinseçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıqqabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərininyüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların vəDövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkintəhlili nəticəsində internet xidmətlərinin yeni tariflərininmüvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektlərivə bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarlamüəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görəeyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyətgöstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə,uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərləhəyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərininfəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minənRəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən,rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi(kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədənuyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andanəhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilətəsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedənsui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi vəstrateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindənmüvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaqulisazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi,aşağı və yüksək inhisar qiymətlərinin tətbiqininmüəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarınıməhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadəhərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazardaRəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrəaraşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazariştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlərkeçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmalarınnəticələrinə uyğun olaraqDövlət Xidməti tərəfindən qanunamüvafiqtədbirlər görüləcəkdir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
180
14
az.trend.az

10Sources