RU

Musa Qasımlı Ərkivanda seçiciləri ilə görüşdü – VİDEO/FOTOLAR

75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Musa Qasımlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallının Ərkivan qəsəbəsindən olan seçicilərlə görüşüb. Asiya.az xəbər verir ki, Musa Qasımlı görüşə şəhər mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini, “Qəhramanlar parkı”nı və Ərkivan qəsəbəsindəki Şəhidlər abidə kompleksini ziyarət etməklə başlayıb."Ağsaqqallar evi"-ndə baş tutan görüşdə şəhid valideynləri, qəsəbə ziyalıları, ağsaqqal və ağbirçəklər iştirak edib. Görüşdə Musa Qasımlı seçki platforması barədə məlumat verərək, seçiciləri maraqlandıran sualları cavablandırıb.“Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin Səsiniz!” şüarı ilə təbliğat-təşviqat kampaniyası keçirən Musa Qasımlı seçicilərini sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
asiya.az

1Источники