Nəsimi rayonu ərazisində bir nəfəri aldadaraq 15000 manatının alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.