RU

Yaxın Şərq yanır: İsrail təyyarələri Livanı vurdu, Hizbullahın cavabı sərt oldu

İsrail gecə saatlarında Livana hava zərbəsi endirərkən, Hizbullah raketlərlə cavab zərbəsi endirib. 48 saatlıq fövqəladə vəziyyət elan edən İsraildə bütün uçuşlar dayandırılıb. Qarşıdurmalar fasiləsiz davam edərkən Hizbullaha məxsus kamikadze PUA-nın suya dalış zamanı İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi anlar lentə alınıb.

Turkustan.az xəbər verir ki, Yaxın Şərqdə qorxduğumuz şey baş verdi. İsrail gecə saatlarında Hizbullah hədəflərini vurmağa başlayıb. Livan da İsrail hədəflərinə hücumlar həyata keçirib. İsrail Ordusunun sözçüsü Daniel Hagari, Hizbullahın İsrailə qarşı genişmiqyaslı hücum hazırladığını iddia edərək, Livanın cənubunda "önləyici" hücumlara keçdiklərini açıqlayıb. Həcəri açıqlamasında, "İndicə Livandan İsrail ərazisinə raket və raket hücumları oldu. Bunun üzərinə İsrail bölgələrində sirenlər işə salındı" dedi.

Hizbullahın genişmiqyaslı hücuma hazırlaşdığını iddia edən Həcəri İsrail ordusunun buna cavab olaraq Hizbullah hədəflərini vurmağa başladığını vurğulayıb. Həcəri, Livanın Litani çayının cənubunda yaşayan livanlıları ərazilərini tərk etməyə çağıraraq, İsrailin "özünə qarşı bütün təhdidləri aradan qaldıracağı" xəbərdarlığını edib. İsrailin Hizbullaha məxsus 40 hədəfi vurduğu bildirilib.

Qarşıdurma getdikcə böyüyərkən İsrailin hava hücumundan müdafiə sistemlərinin Hizbullahın kamikadze PUA-sını məhv etdiyi anlar da ələ keçirilib. Görüntülərdə PUA-nın parçalandığı anlar əks olunub.

Digər tərəfdən, Hizbullah tərəfindən edilən yazılı açıqlamada, "İslami Müqavimət Hərəkatının mücahidləri, Böyük Komandir Fuad Şükürə sui-qəsdin intiqamı çərçivəsində, çoxlu sayda pilotsuz uçuş aparatını (PUA) bölgənin dərinliklərinə atdı. Sionist rejim (İsrail) və daha sonra elan ediləcək İsrail hərbi hədəfinə doğru" hava hücumu təşkil etdi." ifadələrdən istifadə edilmişdir. Açıqlamada həmçinin, "İşğal altındakı Fələstinin şimalında (İsrailin şimalında) bir çox düşmən bölgəsi, kazarma və dəmir günbəz platformaları da çox sayda raketlə hədəfə alınıb".

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
33
turkustan.az

10Источники