Geriyə doğru yerimək dizlərinizdəki stressi azaldır və koordinasiyanı yaxşılaşdırır. Bunun faydaları haqqında çox sayda araşdırmalar olsa da, praktiki klinik sınaqlar azdır.
Araşdırmalar göstərir ki, geriyə doğru yeriməyin bəzi insanlara kömək edə biləcəyini göstərib. Bu qrupa yaşlı insanlar və ya insult xəstəliyi riski olanlar aiddir.
Melburndakı La Trobe Universitetinin fizioterapiya kafedrasının dosenti Dr Christian Barton “əzələlərinizin və oynaqlarınızın beyninizlə necə əlaqə saxladığını və beyninizin yıxılmamağınızdan əmin olmaq üçün onlarla necə əlaqə qurduğunu müşahidə edə bilərik” deyib.
“Neuroscience Research Australia”-da baş tədqiqatçı alim və yıxılmaların qarşısının alınması üzrə ekspert Kim Delbaerenin sözlərinə görə, geriyə doğru yeriməklə də düşmənin qarşısını almaq olar. Bu tez-tez etdiyimiz bir şey deyil və daha çox insanların koordinasiya ilə bağlıdır”.
Bundan əlavə geriyə doğru yeriməklə bağlı məsləhətlər də verib:
“Balans problemi olan insanlar geriyə doğru yeriməyi yavaş və təhlükəsiz başlamalıdı və sınamağın ən təhlükəsiz yolu - evdə dəstək üçün hər hansısa tutacağ vasitəsi ilə olması vacibdir. Həftədə 2-3 saat məşq etsəniz, yıxılmaqların qarşısını almaq mümkün olacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта