RU

Falçının evində 24 insan kəllə sümükləri tapıldı - FOTO

Uqandanın paytaxtı Kampala ətrafında yaşayan bir falçının evində 24 insan kəlləsi aşkar edilib.
 

Sfera.az bildirir ki, həmin şəxs saxlanılıb. Uqandanın Həyat Tələfatının Qarşısının Alınması və Qadağan edilməsi Aktı ilə ittiham olunacaq. Onu ömürlük həbs gözləyir.

Falçının evində və həyətində müxtəlif heyvanların, xüsusən meymun və insan sümükləri, dəriləri də tapılıb. Polis daha çox insan qalıqlarının tapılması ümidi ilə ərazidə axtarışları davam etdirir.


Şübhəli Damulira Qodfrey özünü ənənəvi müalicəçi və bitki həkimi kimi təqdim edib. Lakin Uqanda Ənənəvi Müalicəçilər Assosiasiyası onu tanımır.
 

Qeyd edək ki, 50 milyon əhalisi olan Uqandada sakinlərin təxminən 84%-i özünü xristian, qalanları isə müsəlman hesab edir.
 

Bununla belə, əhalinin müəyyən bir hissəsi yerli inanclara və təcrübələrə, xüsusən də insan qurbanı tələb edən inanclara inanır.
 

İnsan qurbanı ən güclü vasitə hesab olunur və digər rituallar kömək etmədikdə istifadə olunur. Məsələn, allahlardan sərvət istəmək və ya düşmənlə razılaşmaq üçün uşaqlar bəzi hallarda qurban verilirlər; bədən hissələri kəsilir.
 

Bir müddət əvvəl polis Uqandada 17 insan kəlləsinin olduğu bir qurbangah da tapıb. Həmin yer isə paytaxtdan cəmi 40 kilometr aralıda olub.
 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
32
sfera.az

10Источники