"ABŞ regionda yerləşmək üçün hətta Rusiya İran və Azərbaycana fəaliyyətlər göstərmək üçün hazırladığı ssenarini addım-addım sülhməramlı fəaliyyətlər, sülhməramlı tədbirlər çərçivəsində həyata keçirtməkdədir"
Hərbi ekspert Ədalət Verdiyev bunu News365.az-a açıqlamasında deyib.
"5 aprel tarixində Ermənistan, ABŞ və Avropa İttifaqı arasında imzalanan hərbi paktdan sonra ərazidə baş verən prosesləri diqqətlə izləsək görərik ki, ABŞ hazırda intensiv bir şəkildə Ermənistanla hərbi təlimlər keçirir, hərbi dəstək verir və eyni zamanda Ermənistan ərazisində özünə region ölkələrinə, xüsusilə Rusiya və İrana qarşı, eyni zamanda da Ermənistanın Azərbaycana qarşı fəaliyyətləti üçün kifayət qədər genişmiqyaslı addımlar atır. Bura silahlanmadan tutmuş, birgə təlimlərə qədər, eyni zamanda da siyasi, maliyyə və mənəvi dəstəyinin göstərilməsi Ermənistanı kifayət qədər cəsarətləndirir. Dİgər tərəfdən isə Zəngəzurda hərbi baza qurulmasına dair ABŞ tərəfindən məlumat nə qədər təkzib edilsə də bunu Azərbaycan media resurslarında yayılan və görüntülü foto materiallar da birmənalı şəkildə sübut edir ki, ABŞ regionda yerləşmək üçün hətta Rusiya İran və Azərbaycana fəaliyyətlər göstərmək üçün hazırladığı ssenarini addım-addım sülhməramlı fəaliyyətlər, sülhməramlı tədbirlər çərçivəsində həyata keçirtməkdədir"- deyə fikirlərini bildirib.
Vəfa Vəliyeva, News365.az