RU

Su Ehtiyatları Agentliyi SUSUZ qaldı


Bu gün Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 84-də yerləşən Hökumət Evində də suyun verilişi dayandırılıb.

Musavat.com bu barədə məlumatı Hökumət Evindən əldə edib.

6 hektar ərazini əhatə edən Hökumət Evində bir çox vacib qurumlar fəaliyyət göstərir. Bu qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də var.

10 gündən çoxdur ki, Bakının bir çox rayonlarında suyun verilməsində məhdudiyyətlər tətbiq edilib. Buna səbəb kimi Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza göstərilir. Yay aylarında suya tələbatın birə-beş artdığı bir vaxtda su təchizatında bu qədər fasilələrin yaranması ciddi narazılığa səbəb olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
6
nuh.az

7Источники