RU

Bərpa olunan enerji üzrə keçiriləcək hərracla bağlı iclas oldu

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi iləhəyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elanedilmiş hərracda iştirakçılardan daxil olmuş təkliflərə baxılması,ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibininseçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclasıkeçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Trend-ə bildirilib ki,iclasda çıxış edən qurumun direktoru Cavid Abdullayev ölkəmizdə ilkdəfə bərpa olunan enerji hərracının keçirilməsi prosesi barədəümumi məlumat verib, layihə çərçivəsində təkliflər sorğusumərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayındahərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu,Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi)hərracda iştirak edəcək şirkətlər ilə birgə sahə səfərinin vəlayihə ilə bağlı konfransın nəzərdə tutulduğunu deyib.

Baş tutacaq konfransda layihə çərçivəsində müzakirələrinaparılması və hərrac komissiyasının üzvləri, o cümlədən, məsləhətçişirkətin nümayəndələri tərəfindən hərrac iştirakçılarınımaraqlandıran sualların cavablandırılmasının planlaşdırıldığıdiqqətə çatdırılıb.

Daha sonra hərrac komissiyasının sədri Kamran Hüseynov çıxışedərək, hərracla bağlı ötən iclasdan sonrakı dövrdə görülmüş işlərədair komissiya üzvlərinə ətraflı məlumat verib. Hərracın ilkmərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icraqrafikinə uyğun olaraq uğurla başa çatdığını və 8 şirkətin ixtisasuyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə(təkliflər sorğusu) keçdiyini iclas iştirakçılarının diqqətinəçatdırıb.

Komissiya sədri, eyni zamanda, təkliflər sorğusu mərhələsi üzrəötən dövr ərzində şirkətlər tərəfindən layihəyə dair daxil olmuşmüxtəlif sorğuların məsləhətçi şirkətin iştirakı iləcavablandırıldığını vurğulayıb.

Görüşdə, həmçinin, AYİB və “Synergy” məsləhətçi şirkətininnümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracdaiştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkiliüzrə icra qrafikinə dair ətraflı məlumat verilib.

Sonda Komissiya üzvləri tərəfindən layihə çərçivəsində qarşıdaduran məsələlərə dair müzakirələr aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
9
az.trend.az

10Источники