RU

“OBA market” məhkəməyə verildi: keçmiş işçisi nə istəyir?

"OBA market"in keçmiş işçisi ilə məhkəmə çəkişməsi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, məhkəmə işi əmək mübahisələri ilə bağlıdır.

Belə ki, marketlər şəbəkəsinin keçmiş əməkdaşı Məsimov İbrahim Mahir oğlu Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək haqsız yerə işdən çıxarıldığını bildirib.

Buna görə də o məhkəmədə "OBA"ya qarşı iddia qaldırıb.O, iddiasında işə bərpa və əməkhaqqı tələbi irəli sürüb.

İşə bərpa olunmaq istəyən keçmiş işçinin iddiası hakim Starə Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan “OBA Market” Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdəndir. Şirkətlər qrupunun təsisçi və baş icraçı direktoru Aydın Talıbovdur.

Избранный
106
2
iqtisadiyyat.az

3Источники