RU

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - Ölənlər var

Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisədə üç nəfər ölüb, 15 nəfər isə yaralanıb. Zərərçəkənlər Əl-Cumhuriya, Əl-Əmirki, Əl-Bureyxi və Əl-Vali xəstəxanalarına göndərilib.

Qeyd olunur ki, şəhərdəki stansiyalardan birində məişət qazı çəni partlayıb, bundan sonra yanğın başlayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
50
teleqraf.com

10Источники