RU

Durova qarşı yeni ittiham irəli sürüldü

Bakı. Trend:

"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun üç övladınınanası olduğu iddia edilən İrina Bolqar iş adamının ailə xərcləriüçün istifadə etdiyi kartları blokladığını bildirib.

Trend xəbər verir ki, bubarədə o, "Instagram" səhifəsində yazıb.

"Durov uzun illər ailə xərcləri üçün istifadə etdiyim bütünkartları bloklayıb" , - deyə qadın qeyd edib.

Bolqar vurğulayıb ki, Durov əvvəllər birbaşa bank hesablarındanmaliyyələşdirdiyi uşaq xərcləri üçün olan hesabları da ödəməyidayandırıb. Qadının sözlərinə görə, Durov uşaqların immiqrasiyasənədlərinin yenilənməsi üçün lazım olan razılığı imzalamaqdanimtina edib.

Bolqar belə nəticəyə gəlib ki, bu, onun və uşaqlarının Avropadaqalmasının qarşısını almaq üçün edilib.

Qeyd edək ki, Fransada “Telegam” sosial şəbəkəsinin təsisçisiPavel Durov barəsində ittiham irəli sürülüb və məhkəmə nəzarətialtında sərbəst buraxılıb.

Xatırladaq ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O,narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirklipulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittihamolunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqıüzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakitqalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal başversəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutuqalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insanhüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayətolunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ənazından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayişetdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və yadigər hadisəyə demokratiya və insan hüquqları kontekstindəmünasibət bildirməkdə haqsız sayılır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
9
az.trend.az

10Источники