RU

Cahit Bağçı: “Parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir”

Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “X” hesabında yazıb.

“Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkisinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Ümid edirik ki, seçkinin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – o qeyd edib.

image-screenshot_20240902_100222_chrome

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
25
dogru.az

10Источники