Hadisə ilə bağlı Astara rayonun “Gənc Alimlər” təşkilatından Bizim.Media-ya verilən məlumatda qətlin təfərrüatları açıqlanıb.
Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:
“Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb”.
“Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.
Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
mediaxeberleri.azMəktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin TƏFƏRRÜATI AÇIQLANDI ( 10480981)
-
editor.azMəktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin TƏFƏRRÜATI AÇIQLANDI ( 10477137)
-
dia-az.infoAstarada məktəb direktorunun bıçaqlandığı cinayətin İLGİNC TƏFƏRRÜATI ( 10474705)
-
mediaxeberleri.azMəktəb direktoru işçisi tərəfindən bıçaqlandı ( 10474405)
-
busaat.azAstarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI ( 10473736)
-
referans.azAstarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI ( 10473556)
-
manset.azSON DƏQİQƏ: Məktəb direktoru Ülviyyə Bayramova BIÇAQLANDI ( 10473345)
-
demokrat.azAstarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI ( 10472074)
-
reyting.azMəktəb direktoru işçisi tərəfindən bıçaqlanıb ( 10471831)
-
mia.azMəktəb direktoru işçisi tərəfindən bıçaqlandı ( 10471681)