RU

Kamçatkada itən vertolyotun qalıqları tapıldı - 22 nəfər həlak olub...

Sentyabrın 1-də Rusiyanın Kamçatka vilayətində xilasedicilər bir gün öncə itmiş Mi-8 vertolyotunun qalıqlarını tapıblar.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, qalıqlar pilotların sonuncu dəfə əlaqəyə keçdiyi yerin yaxınlığından aşkarlanıb. Fövqəladə xidmətlərin məlumatına görə, vertolyot təpəliyə dəyərək partlayıb.

Vertolyotdan olan 22 nəfərin hamısının həlak olduğu güman edilir, 17 nəfərin cəsədi tapılıb.

"Vityaz-Aero" aviaşirkətinə məxsus vertolyot radardan avqustun 31-də itib. Onun bortunda üç ekipaj üzvü və 12 turist-sərnişin olub. Rusiya futbol ittifaqının maliyyə direktoru Arseni Zamyatin və həyat yoldaşı da vertolyotda imişlər.

"Vityaz-Aero" şirkəti 15 ildir sərnişin və turist daşımaları ilə məşğuldur. Şirkət Kamçatkada piyada və vertolyot ekskursiyaları təklif edir.

Hadisə ilə bağlı hava nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
1
azpolitika.info

2Источники