RU

Təhsil və idmanı bir-biri ilə müqayisə etmək olmaz— Ceyhun Məmmədov

Olimpiya oyunlarında qalib gələn idmançılara göstərilən dövlət qayğısı gənclər arasında elmə yox, idmana yönəlməklə karyera qurmaq fikrini gücləndirir. Həkim-nevroloq Qalib Əsədov isə deyib ki, 700 bal yığan gənc olimpiya çempionundan daha üstündür.

Sabiq təhsil naziri Misir Mərdanov isə bildirib ki, 700 bal yığmaq uğur olsa da, onu olimpiya çempionu ilə müqayisə etmək yanlışdır.

Onun fikrincə, olimpiya çempionluğunu əldə etmək daha yüksək nəticədir
.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu məslələr hər biri fərqlidir:

“Bunları bir-biri ilə qarışdırmaq olmaz. Yəni, bu gün idmana olan diqqət təhsilimizdə də var. Bu gün təhsil sahəsində yüksək uğur qazananlar da dövlətin diqqətini əldə edirlər. Bu gün xaricə tələbələr göndərilir, tələbələr üçün tələbə kredit fondu yaradılır. Yəni bu məsələləri bir-biri ilə qarışdırıb, müqayisə etmək yalnışdır. İdman hər bir ölkənin xarici siyasətində, imicinin formalaşmasında mühüm yer tutur və ona görə də idmanla bağlı məsələdə ayrı məsələlərin olduğunu görmüş oluruq. Hər iki məsələdə dövlət tərəfindən qayğı və dəstək göstərilir. Düşünürəm ki, hər iki məsələdə dövlət tərəfindən nəticələrlə bağlı qiymətləndirmə yüksək səviyyədə aparılmalıdır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
1
demokrat.az

2Источники