Hörmətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Sakinlər və Seçicilərim, Əziz Şəhid və Qazi Ailələrimiz,
Müdrik Ağsaqqal və Ağbirçəklərimiz,Bacılarım,Qardaşlarım,
Dəyərli Gənclərimiz, Respublikamızda Milli Məclisə keçirilən növbədənkənar seçkilər artıq başa çatdı. Dünən seçkini izləyən bir neçə xarici və yerli təşkilatlar tərəfindən həyata keçirilən Exit-Pollun və MSK-nın ilkin nəticələri elan olundu. Bu nəticələrə görə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədinin-Məlahət İbrahimqızının çox böyük fərqlə birinci yerdə olması məlum oldu.Bu başarı və uğura görə hər birinizə sonsuz təşəkkür edirəm. Hər birinizin uğuru sayılan bu nəticənin qazanılmasında Sizlərin böyük zəhmət və etimadınız var. Siz bu seçkidə də YAP-ın namizədlərini dəstəkləmənizlə bir daha sübut etdiz ki, xilaskar və xidmətkar partiya olan Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır.
XALQ.AZ xəbər verir ki, bu barədə deputat Məlahət İbrahimqızı sosial şəbəkə hesabında paylaşım edib.
Bu partiyanın qurucusu, çağdaş dövlətimizin banisi Heydər Əliyev siyasəti, bu siyasəti yüksək səviyyədə həyata keçirən, Müzəffər Ali Baş Komandan, YAP-ın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev alternativsiz LİDER-dir. Siz bu seçkidə YAP-ın vahid namizədlərini dəstəkləməklə bir daha Yeni dövrə Yeni Azərbaycanla getmək istədiyinizi bəyan etdiz. Var olun. Çox sağ olun. Haqqınızı halal edin. Sizin qarşınızda böyük məsuliyyətimiz var. YAP-ın bütün vahid namizədləri kimi mən də mənsub olduğum və milli maraqlarımıza xidmət edən YAP-ın sədrinə və bütövlükdə YAP ailəsinə, Partiyamızın Nəsimi və Binəqədi rayon təşkilatlarına bizə göstərilən etimada görə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, bu şərəfli borcu və məsuliyyətli etimadı İnşallah qarşıdakı illərdə var qüvvəmizlə doğrultmağa çalışacağam. Fürsətdən istifadə edərək seçkinin təbliğat və təşviqat dövründə daima bizə dəstək verən media nümayəndələrinə də sonsuz təşəkkürümü bildirirəm.
Əziz Seçicilərim,
Keçirdiyimiz bütün görüşlərdən çox məmnun olduq və sizi bir daha sevdik. Bu görüşlərdə təkcə problemləri müzakirə etmədik, bu görüşlərdə mən də sizlərdən çox şeyləri öyrəndim.
Bir daha hər birinizə həm ötən seçkilərdə, həm də son seçkidəki etimadınıza və dəstəyinizə görə təşəkkür edirəm.
Möhtərəm Prezidentimizin Liderliyi və rəhbərliyi ilə Əziz Xalqımız yeni və daha perspektivli bir dövrə qədəm qoyur. Əminik ki, Azərbaycan xalqını gözləyən misilsiz uğur və nailiyyətlərin əldə olunmasında bundan sonra da Dövlətimizin Başçısının, YAP-ın ətrafında sıx birləşəcəksiz. İnşallah seçkinin nəticələri haqqında Mərkəzi Seçki Komisiyasının və Konstitutsiya Məhkəməsinin son qərarından sonra yeni formalaşmış 7-ci çağırış Milli Məclis öz məsuliyyətli və şərəfli işinə başlayacaqdır. Allah Dövlətimiz, Xalqımız və Seçicilərimiz üçün xeyirli etsin. Amin.
Yaşasın Azərbaycan Xalqı!