RU

AYNA bu bahalı tenderində ANA DİLİMİZİ nəzərə alacaqmı? - 137 min manatlıq SMS alır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “SMS məlumatlandırma sisteminin sms balansının artırılması”nın ( qısa mesaj xidməti) satınalınmasını həyata keçirməyə hazırlaşır.TEREF Tribunainfo.az-a istinadən xəbər verir ki, bu məqsədlə Agentlik 5 milyon ədəd SMS sifariş edəcək.Bununla bağlı keçiriləcək tender üzrə isə 136.880,00 manat xərcləməsi planlaşdırır. Bu da o deməkdir ki, Agentlik bir SMS üçün 2.7 qəpik xərcləməli olacaq.Təbii ki, belə bir xidmətin alınmasına qeyri-adi hal yoxdur. İnsanlar AYNA-nın parkinqlərindən istifadə edərkən pulsuz SMS aldıqlarını da yaxşı bilirlər və bundan faydalanlırlar da.Lakin problem SMS-in alınmasında deyil, onun dilindədir. Belə ki, AYNA avtomobilini park edən sürücülərə SMS-i Azərbaycan dilində deyil, ingilis hərfləri ilə yazılmış formada göndərir. Məsələn, “Sorgunuz qeyde alindi ve X nomreli menteqede park muddeti sonlandirildi. Zehmet olmasa, SMS tesdiqi gozleyin!”AYNA rəhbərliyi iddia edə bilər ki, bu mətn forması onlar tərəfindən müəyyən edilsə də, onun hansı formada və dildə yazılmasını SMS aldıqları şirkət həyata keçirir. Amma Agentlik bu məsələni qaldıraraq, SMS aldığı mobil rabitə şirkətindən Azərbaycanın dövlət dilinə hörmət etməsini və mətni hamının anlaya biləcəyi dildə paylaşılmasını tələb edə bilər.

Избранный
76
3
dunyapress.info

4Источники