RU

Paşinyanın Rusiyadan tələbi: Azərbaycanla münasibətlərimizə qarışma!

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Bundan əlavə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazır olduğunu da qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.

Mövzu ilə bağlı Publika.az-adanışan ehtiyatda olan general Yücel Karauzbildirib ki, Paşinyanın son bəyanatları Azərbaycana deyil, Rusiyaya verilən cavabdır.

O əlavə edib ki, Ermənistan Qərbin piyadası kimi tələb və istəklərini Rusiyaya çatdırır:

“Bir sözlə, Paşinyan Rusiyaya deyir ki, bundan sonra Azərbaycanla münasibətlərimizə qarışma və vasitəçi olma. Paşinyanın bu açıqlamalarından sonra Putinin Azərbaycana gəlməsi də maraqlı faktdır. Bütün bunlara baxmayaraq Ermənistanın Rusiyanı bu qədər qısa müddətdə danışıqlardan uzaq tutması mümkün deyil. Həm daxili, həm də xarici səbəblər buna uyğun deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
124
17
publika.az

10Источники