Sentyabrın 2-də dəniz platformasında baş verən yanğın nəticəsində "Azneft" İB-nin əməkdaşı Rafiq İsa oğlu İslamov həlak olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) "28 May" NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür, deyə "Azneft"in məlumatında bildirilir.