RU

Paşinyanın Rusiyadan tələbi: - Azərbaycanla münasibətlərimizə qarışma!

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Bundan əlavə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazır olduğunu da qeyd edib.Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.Mövzu ilə bağlı Publika.az-a danışan ehtiyatda olan general Yücel Karauz bildirib ki, Paşinyanın son bəyanatları Azərbaycana deyil, Rusiyaya verilən cavabdır.O əlavə edib ki, Ermənistan Qərbin piyadası kimi tələb və istəklərini Rusiyaya çatdırır:“Bir sözlə, Paşinyan Rusiyaya deyir ki, bundan sonra Azərbaycanla münasibətlərimizə qarışma və vasitəçi olma. Paşinyanın bu açıqlamalarından sonra Putinin Azərbaycana gəlməsi də maraqlı faktdır. Bütün bunlara baxmayaraq Ermənistanın Rusiyanı bu qədər qısa müddətdə danışıqlardan uzaq tutması mümkün deyil. Həm daxili, həm də xarici səbəblər buna uyğun deyil.Qərbə kor-koranə inanan, güvənən ölkələrin vəziyyətini hamı çox yaxşı bilir. Paşinyanın qeyri-səmimi, ikiüzlü açıqlamarı Qərbin məqsədlərinə xidmət edən, sülh istəməyən, vaxt qazanmaq istəyən dövlət başçısının münasibətidir. Bu, nə Paşinyana, nə də Ermənistana xeyir verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
17
dia-az.info

10Источники