RU

Lionel Messi milli komanda karyerasını başa vuran Luis Suareslə bağlı paylaşım edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentina millisinin ulduz futbolçusu Lionel Messi Luis Suaresin Uruqvay seçmə komandasındakı karyerasını başa vurması ilə bağlı dəstək mesajı verib.
Oxu.Az xəbər verir ki, Messi bu barədə şəxsi "Instagram" hesabından paylaşım edib.
"Sən unikalsan, Suarez. Həm meydanda, həm də meydandan kənarda!!! Mən səni çox sevirəm, dostum".
Qeyd edək ki, Luis Suares və Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda birlikdə çıxış edirlər. Onlar daha öncə "Barselona"da da komanda yoldaşı olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
171
18
oxu.az

6Источники