Sosial şəbəkələrdə yenə çaşqınlıq yaranıb. Bu dəfə səs-küyə Respublikaçı Alternativ Partiyasından olan deputat Erkin Qədirli səbəb olub.
Mia.az-ın məlumatına görə, E.Qədirli haqqin.az-ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: “6 seçki məntəqəsi üzrə nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət göndərmişəm. Müşahidəçilərim əlimizdə olan səslərin sayılması ilə komissiyanın protokolları arasında uyğunsuzluqlar qeydə aldılar. Dairə seçki komissiyasından mənə verilən protokollarda, səs verənlərin sayı şişirdilib”.
Deputat deyir ki, görünür, bu, seçici fəallığını artırmaq üçün edilib. “Səsvermə prosesi və seçki fəallığı ilə bağlı heç bir illüziyam yoxdur. Bəli, mən seçkilərdə qalib gəldim, lakin protokollarda göstərilən üstünlüklə yox”.
“Mən Mərkəzi Seçki Komissiyasına müraciət etmişəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”, - deyə deputat yekunlaşdırıb