RU

Qaçaqmalçılıq yolu ilə qızıl külçələrinin ölkəyə gətirilməsində təqsirləndirilən vəzifəli şəxslərin işi məhkəməyə göndərilib

Bakı. Trend:

Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəlişəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxilolmuş cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Trend-ə BaşProkurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin HavaNəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşıDursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarəninSkanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlununtanışları İbrahimov Əli Qüdrət oğlu ilə qabaqcadan əlbir olaraq 8iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əliİbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədədqızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindəncinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildəAzərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindənkənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyənedilmişdir.

Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və MənsurMehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri(qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəlişəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklətörədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci(qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindəntörədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrindəmüstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləhəbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır CinayətlərMəhkəməsinə göndərilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
49
az.trend.az

10Источники