RU

Ağanəzər Novruzov və Anar Cəfərlidən DÇ-də bürünc medal

Azərbaycan güləşçiləri Ağanəzər Novruzov və Anar Cəfərli İspaniyada keçirilən dünya çempionatında bürünc medal qazanıblar.

Arena.az xəbər verir ki, Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı bu gün sona çatıb.

Mundialın sonuncu günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.

Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla üz-üzə gələn milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.

Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) da gümüş medala sahib çıxmışdı.

Azərbaycan güləşçiləri gənclər (U-20) arasında dünya çempionatında bütövlükdə 2 gümüş və 4 bürünc medal qazanıblar. Cocu Səmədov və Xetaq Karsanov gümüş medal əldə ediblər. Ruslan Nurullayev, Nərgiz Səmədova, Ağanəzər Novruzov və Anar Cəfərli isə bürünclə kifayətləniblər.

Избранный
122
18
arena.az

10Источники