RU

Qubada yeni məktəbin açılışında

Vəlvələ kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
6 sentyabr 2024-cü il tarixdə Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin 264 şagird yerlik yeni binasının açılış mərasimi olub. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, müəllimlər və şagirdlər iştirak edib.
Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev müəllim və şagird heyətini məktəbin yeni binasının açılışı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunmuşlar.
Mərasimdə həmçinin, şəhid baçısı Sevil Mursalova və kənd ziyalıları çıxış edərək yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin yeni binası 3 mərtəbəli olmaqla, 21 sinif otağından, akt, idman zalları və mini stadiondan, kitabxanadan, informatika, hərbi hazırlıq kabinetlərindən, laboratoriyadan, bufetdən və digər otaqlardan ibarətdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
xalq.az

1Источники