"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu".
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Şöhrət" ordeni ilə təltif olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən atlet bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib:
"Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Bu, mənim üçün gözlənilməz oldu. Çünki ölkəyə yeni qayıtmışam, çox sevincli olduğum üçün heç nə düşünə bilmirdim. Onsuz da çox sevinirdim ki, Azərbaycan xalqı mənə bu qədər diqqət göstərdi. Bir sözlə, mən şokdayam. Ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan xalqına çox dərin təşəkkür edirəm".