RU

Yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb

Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

    Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi.

    İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.APA

    Избранный
    23
    9
    bakivaxti.az

    10Источники