RU

Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb

Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.


Məlumata görə, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.
 

Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.


Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi.


İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu./APA

Tarix: 11 Sentyabr 2024, 17:54   
Избранный
30
9
pravda.az

10Источники