RU

Cəlilabadda yanğın zamanı xilas olunan uşaq ölüb

Cəlilabadda yanan evdən xilas olunan uşaq ölüb.Asiya.az-ın verdiyi məlumata görə 3 gün bundan əvvəl Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada ölüb. Qeyd edək ki, yanğın baş verən zaman Rüqəyya evdə yatmış olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil vermişdilər. Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakı şəhərinə göndərilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
6
asiya.az

7Источники