RU

Rus ordusu Kurskda sürətlə irəliləyir

Sentyabrın 10-da rus qoşunları Kursk vilayətində əks-hücuma başlayıb. Hazırda bölgədə vəziyyət qeyri-sabitdir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya ordusunun hücumlarının miqyası və potensial perspektivləri hələ də bəlli deyil və qəti nəticələr çıxarmaq tezdir: “Sentyabrın 11-ə aid geolokasiya görüntüləri rusların Juravlidən şərqdə (Korenevonun şimal-şərqində) Ukrayna qüvvələrinin mövqelərini geri aldığını göstərir. 10-dan çox kadr 51-ci hava-desant alayının Snaqostdan şimala və şimal-şərqə doğru irəlilədiyini təsdiqləyir”.

Rusiya hərbi blogerlərinin iddialarına əsasən, rus qoşunları Korenevo yaxınlığında şimaldan əks-hücuma keçib və sürətlə Snaqost istiqamətində irəliləyib. Bəzi mənbələr isə rusların Snaqostu tamamilə ələ keçirdiklərini bildirirlər. Bundan əlavə, 51-ci hava-desant alayının və 155-ci dəniz piyada briqadasının hissələrinin Snaqost bölgəsində irəliləyərək, Krasnojovtnevo, Komarovka, Vişnevka, Apanasovka, 10 Oktyabr, Obuxovka, Byaxovo, Vnezapnoe və Qordeyevka ərazilərini ələ keçirdiyi də qeyd olunur.

Избранный
105
50
buta.tv

10Источники