“Artıq 34 ölkə BRİCS-ə üzv olmaq üçün müracət edib”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə məlumat verib.
Onun sözlərinə görə, təşkilat üzvləri bir çox dövlətlər tərəfindən BRİCS-ə artan marağı gözardı edə bilməzdilər.
Putin qeyd edib ki, BRİKC-in hazırkı sədri kimi Rusiya bu il assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb.
“Fürsətdən istifadə edərək, ölkələrinizin liderlərinə çatdırmaq istərdim ki, biz onları BRİKC-ə üzv ölkələrin hərtərəfli tərəfdaşlığının daha da inkişaf etdirilməsi perspektivlərinin əsaslı şəkildə müzakirə ediləcəyi sammitdə gözləyirik”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az