2026-cı il Dünya Çempionatında qələbəyə əsas iddiaçıların adları açıqlanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə nüfuzlu “Goal” nəşri qələbəyə namizədlərin reytinqini təqdim edib. Reytinqə görə, qələbəyə əsas namizədlər aşağıdakılardır: 1. Argentina 2. İspaniya 3. İngiltərə 4. Almaniya 5. Kolumbiya 6. Hollandiya 7. Portuqaliya 8. İtaliya 9. Fransa 10. Braziliya 11. Uruqvay 12. Belçika 13. Xorvatiya 14. Kanada 15. Meksika 16. ABŞ. Qeyd edək ki, 2026 FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlar ABŞ, Meksika və Kanadanın 16 şəhərində təşkil olunacaq. ABŞ, Kanada və Meksika ev sahibi ölkə kimi 2026-cı il dünya çempionatının final hissəsinə avtomatik vəsiqə qazanacaq. Xatırladaq ki, Dünya Kubokunun hazırkı qalibi 2022-ci ilin final oyununda Fransaya qalib gələn Argentina millisidir.