ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasındakı ilk prezidentlik debatını təxminən 67 milyon insan izləyib.
Bu da iyun ayında respublikaçı namizəd və Demokrat Partiyasının indiki prezidenti Co Bayden arasında keçirilən debatı izləyən 51 milyondan xeyli çoxdur.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Axios” yazır.
Nəşrin qeyd etdiyi kimi, bu hadisə maraqlı olub: “Amerikalılar ilk dəfə Harrisin Trampla üz-üzə görüşməsini və prezidentliyə namizəd kimi debatını görə bildilər”.
Bununla belə, “Axios” qeyd edir ki, “ABC News” debatı müasir ümumi seçki debatları ilə müqayisədə hələ də daha az tamaşaçı cəlb edib.
Keçmiş dövlət katibi Hillari Klinton və Tramp arasında 2016-cı ildə keçirilən ilk prezidentlik debatını 84 milyon insan canlı izləyib. 2020-ci il ümumi seçkilərində Tramp və Bayden arasındakı ilk debatı 73 milyon insan izləyib.
Debatı eyni vaxtda yayımlayan bütün yayım və kabel şəbəkələri arasında ABC ən çox izləyiciyə (19 milyon) sahib idi. Siyahı daha sonar belədir: NBC (10 milyon), “Fox News” (9 milyon), CBS (6,2 milyon), MSNBC (6,3 milyon), CNN (6,1 milyon) və “Fox” (4,8 milyon). Son prezident debatlarında və televiziyada yayımlanan siyasi hadisələrin əksəriyyətində olduğu kimi, debatları canlı izləyənlərin böyük əksəriyyətinin yaşı 55-dən yuxarı idi.