RU

UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb

Bakı. Trend:

UNEC-in Elmi Şurasının qərarı ilə universitetdə 2 yeni tədqiqatmərkəzi yaradılıb.

Yeni yaradılmış Marketinq, İstehlakçı Davranışı və BrendinqTədqiqat Mərkəzində marketinq strategiyalarının inkişafı və tətbiqisahəsində müasir metodların öyrənilməsi və təkmilləşdirilməsi,istehlakçı davranışının araşdırılması, gələcək bazartendensiyalarını və istehlakçı davranışlarını proqnozlaşdırmaq üçünstatistik və analitik modellərin hazırlanması və tətbiqi,brendlərin bazar performansının ölçülməsi və qiymətləndirilməsi,brend strategiyalarının hazırlanması, brendin bazardakı mövqeyiningücləndirilməsi və digər istiqamətlərdə tədqiqatların aparılmasınəzərdə tutulub.

İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsiTədqiqat Mərkəzi adlanan digər mərkəzdə isə iqlim dəyişikliyininsəbəbləri və təsirlərinin elmi şəkildə araşdırılması, budəyişikliklərin ekosistemə, insan sağlamlığına, iqtisadiyyat vəsosial strukturlara təsiri, eləcə də istixana qazlarının emissiyasəviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, qazlarınemissiyalarını azaltmaq üçün effektiv strategiyaların hazırlanmasıvə innovativ texnologiyaların tətbiqi ilə qlobal iqlim mübarizəsinətöhfə vermək istiqamətində dərin elmi araşdırmalar aparılacaq.

Qeyd edək ki, yeni yaradılmış mərkəzlərlə birlikdə müxtəlifistiqamətlər üzrə UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəzlərininsayı 46 oldu.

Məqalədə:
Избранный
46
13
az.trend.az

10Источники