"İstanbul Klinika" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, klinika barədə İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, klinika 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə