RU

"Rusiya İrandan raket aldığına görə çox peşiman ola bilər" - "Forbes"

 
"Fath-360" raketlərinin Rusiyada peyda olması Ukraynanın zərbə kampaniyasında ciddi dəyişikliklərə gətirib çıxara bilər..."
 
Sentyabrın əvvəlində Rusiya Ukraynanın bombardman edilməsini gücləndirmək üçün İrandan ilk 200 ədəd "Fath-360" raketlərini əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Lakin bu tədarük Rusiyanın özünə qarşı yönələ bilər, çünki Ukraynanın zərbə kampaniyasında ciddi dəyişikliklərə gətirib çıxara bilər.
 
"Böyük ehtimalla, "Fath-360" raketləri ilə sövdələşmə Rusiyanın özünə qarşı yönələ bilər. Bu, indiyədək ukraynalılara Amerikanın və Avropanın ən yaxşı döyüş sursatları ilə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verməyən müttəfiqlərin səbr kasasında son damla ola bilər. İran raketlərinin Rusiyada peyda olması ilə vəziyyətin dəyişə biləcəyi əlamətləri üzə çıxıb", - nəşr yazıb.
 
"Fath-360" peyk yönləndiricisi, ölçüləri 6x6 olan 2, 3, 4 və ya 6 dəstin tərkibində daşınan ballistik raketdir. Hər bir mərminin çəkisi 1700 funtdur, uçuş məsafəsi 75 milə çatır.
 
"Fath-360" raketinin çəkisi və uçuş məsafəsi onu ön cəbhədə və ya cəbhə yaxınlığındakı şəhərlərin bombardman edilməsi üçün faydalı edir. Ukraynalı şərhçi Aleksandr Kovalenko deyib ki, Rusiya "bu raketlərdən sərhədyanı zonanı, o cümlədən Sumı və Xarkov vilayətlərini terrora məruz qoymaq üçün istifadə edəcək", bu zaman "Ukraynanın arxa cəbhəsinə və ya döyüş əməliyyatları zonasına hansısa kritik təsirini də istisna etməyib".
 
"Bütün bunlar onu göstərir ki, "Fath-360" möcüzə silah deyil. Nəzərə alsaq ki, Rusiya Ukrayna şəhərlərinə ay ərzində orta hesabla 300-dən artıq raket atır, ilk 200 ədəd "Fath-360" raketləri müharibənin trayektoriyasını güclü şəkildə dəyişməsi üçün azdır, xüsusilə nəzərə alsaq ki, Ukrayna HHM sistemləri adətən uçub gələn raketlərin dörddə birini ələ keçirir", - nəşr yazıb.
 
Bu zaman rusiyalılar iranlılarla belə saziş imzalanmasından peşiman ola bilər, çünki Rusiya-İran raket alyansı Qərb liderlərini Ukraynaya ATACMS və "Storm Shadow" qanadlı raketlərindən Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməyə icazə verilməsinə inandıra bilər.
 
Belə ki, ABŞ Dövlət katibi Entoni Blinken etiraf edib ki, "Fath-360" raketlərinin verilməsi məhdudiyyətlər barədə daha bir söhbətə haqq qazandırır. O, ukraynalıların dəlillərinə daha həssas yanaşılacağını vəd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
moderator.az

1Источники