İsveç hökuməti mülki müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırır.
İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin mülki müdafiə naziri Karl-Oskar Bohlin qeyd edib.
Məlumata görə, gələn il bu məqsədlər üçün əlavə 2 milyard kron (190 milyon dollar) ayrılacaq və ümumi xərc 8,5 milyard kron (790 milyon dollar) təşkil edəcək. Bu, Soyuq Müharibədən sonra mülki müdafiəyə qoyulan ən böyük investisiyadır.
Ayrılan vəsait təmiz suya və nəqliyyat infrastrukturuna zəmanətli çıxışı təmin etməyə də kömək edəcək.
Gözəl Həşimova