RU

Putin BRIKS-ə qoşulmaq istəyən ölkələrin sayını açıqladı

Rusiya prezidenti Vladimir Putin BRIKS-ə qoşulmaq istəyən 30-dan çox ölkənin olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, Putin bu barədə BRIKS-in təhlükəsizlik məsələləri üzrə nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.

“BRIKS-ə bir çox dövlətlərin artan marağını da nəzərə almadan qoya bilmədik. Bu günə qədər 34 ölkə müxtəlif formalarda təşkilata qoşulmaq istəyini bildirib. Buna görə də, BRIKS iştirakçıları ilə yeni bir kateqoriya olan – tərəfdaş ölkələr məsələləri geniş müzakirə olunub və bu məsələləri Kazan şəhərində təsdiqləmək nəzərdə tutulur”, – deyə Putin bildirib.

O qeyd edib ki, Rusiya sədrliyinin proqramı siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr üzrə tərəfdaşlığı irəlilətmək məqsədini güdən 200 tədbirə malikdir.

“Antikorrupsiya işləri çərçivəsində BRIKS qrupunun Rusiya tərəfinin təklifinə əsasən, rüşvət alma və qanunsuz cinayət fəaliyyətindən əldə olunan aktivlərin və gəlirlərin geri qaytarılması məsələlərində ümumi yanaşmalar təsdiqlənib. BRIKS dövlətləri arasında narkotik cinayətkarlığı ilə mübarizəyə əlavə impuls verilib”, – deyə o əlavə edib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
yenicag.az

1Источники