RU

Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksesuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, Roma–Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı onlara məxsus çantalardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksesuarı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
16
ilk.az

10Источники