MSK daha 2 namizədin şikayətinə baxmaqdan imtina etdi
42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizədlər - Mayılova Şəfəq və Quliyeva Ulduz İsmixan qızının birgə müraciəti daxil olub.Manset.azxəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Nailə Əsgərova məlumat verib. O bildirib ki, onların müraciəti qanunvericiliklə müəyyən edilmiş vaxtı keçib: “Buna görə də şikayətçiyə geri göndərilsin”. Məsələ səsverməyə çıxarılıb və müraciət geri göndərilib.