MSK daha 2 namizədin şikayətinə baxmaqdan imtina etdi
42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizədlər - Mayılova Şəfəq və Quliyeva Ulduz İsmixan qızının birgə müraciəti daxil olub. Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Nailə Əsgərova məlumat verib. O bildirib ki, onların müraciəti qanunvericiliklə müəyyən edilmiş vaxtı keçib: “Buna görə də şikayətçiyə geri göndərilsin”. Məsələ səsverməyə çıxarılıb və müraciət geri göndərilib.