RU

"Oğlum mənimlə də görüşmür, durumu çox ağırdır"

"Oğlum mənimlə də görüşmür, durumu çox ağırdır""Hüseyn mənimlə görüşdən imtina edib. Heç kəsi görmək istəmir, özünə qapanıb. Onun durumu çox ağırdır".

Sonxeber.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.

Oğlunun səhhətinin dözülməz olduğunu vurğulayan Zeynəb xanım əlavə edib ki, onun durumu barədə ölkə başçısına müraciət edib. Onun sözlərinə görə, H. Abdullayev normal qida qəbul etmir: "Mən hər gedəndə yalvarıram, ürək-dirək verirəm. İndi isə mənimlə də görüşmür".

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. O, milyonlarla vəsaitin qanunsuz leqallaşdırılmasında təqsirləndirilir.

Избранный
85
5
sonxeber.az

10Источники